22 C
Bakı
14 Avqust 2025 02:36
Kriminal

40 yaşlı kişi avtobusda cibgirlik edirmiş – ANBAAN VİDEO

40 yaşlı kişi avtobusda cibgirlik edirmiş - ANBAAN VİDEO

 

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sərnişin avtobuslarında cibgirlik edən, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Binyat Binyatov saxlanılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırma zamanı onun avtobusda bir nəfər Sumqayıt şəhər sakini olan qadının içərisində 1 500 manat, bank kartları və sənədləri olan çantasından oğurluq etdiyi məlum olub.

Bildirilib ki, B.Binyatovun qanunsuz hərəkətləri avtobusda quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb. Saxlanılan şəxsin başqa analoji cinayətlər törətməsi istisna edilmir. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.

Tacxeber.com

Oxşar xəbərlər

Ekspertiza BAŞA ÇATDI: Əhməd ailəsini qətlə yetirərkən anlaqlı olub? – YEKUN RƏY…

redaktor

Sumqayıtda yaralanan Türkiyə vətəndaşı öldü.

admin

Kiber cinayətkar dəstə artıq Bakıda fəaliyyət göstərirlər, kartlardan pul oğurlayırlar lakin polis buna göz yumur

admin