25 C
Bakı
29 Avqust 2026 05:03
Dünya

“Bizə ən böyük dərsi azərbaycanlılar verdi” – Erməni keşişdən şok etiraf

“Əliyev bizə təslim olmağı öyrədir. Razılaşma da sülh müqaviləsi yox, Ermənistanın təslim edilməsi müqaviləsi olacaq”.

Tacxeber.com xəbər verir ki, bu barədə Ermənistanda Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mixael Acapahyan deyib.

Onun sözlərinə görə, ermənilərə ən böyük dərsi azərbaycanlılar verdi: “Biz dövlət yaradan xalq deyilik, milli dövlət quran xalq kimi meydana çıxmamışıq. Bu gün hakimiyyətin dövlətçilik baxışı Ermənistanı xəritədə saxlamaqdır, amma bu dövlət demək deyil. Sərhədlərimiz olmayacaq, zamanla, Ermənistanda dominant xalq da ermənilər olmayacaq”.

Erməni keşiş çıxış yolu kimi Ermənistanda siyasi partiyaların ləğv edilməsini, dövlətin əvvəllər olduğu kimi yenə kilsədən idarə olunmasını təklif edib.

Tacxeber.com

Oxşar xəbərlər

Moskvanın qarşısında seçim: Azərbaycanla münasibətlər, yoxsa təxribatlar?

redaktor

Azərbaycan diplomatlar üçün hərbi risk yaradan ölkələr siyahısına İranı da əlavə edib

redaktor

İran Trampın oğluna sui-qəsd cəhdi ilə bağlı iddialara cavab verdi

redaktor