İdmanMüsahibə

Qarabağ” yaxşı və xarakterli komandadır – İsveç klubunun baş məşqçisi

“Qarabağ” yaxşı və xarakterli komandadır”.

Bunu İsveçin “Hakken” komandasının baş məşqçisi Per-Matias Hoqmo Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunundan əvvəl mətbuat konfransında deyib.

Norveçli mütəxəssis bu qarşılaşmanın onlar üçün sonuncu olduğunu xatırladıb: “Bizim məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaq idi. Klub tarixinin ən yaxşı mövsümüdür. İlk dəfə qrupa vəsiqə qazandıq və bir sıra futbolçularımızı yüksək qiymətə satdıq”.

O, Azərbaycan təmsilçisinin çox yaxşı oyunçulara sahib olduğunu vurğulayıb: “Evdəki qarşılaşmada yaxşı performans sərgiləsək də, nəticə qazana bilmədik. Sabahkı oyuna motivasiya ilə çıxacağıq. Hər şey yaxşıdır”.

Baş məşqçi hava şəraitinin onlara təsir etməyəcəyini sözlərinə əlavə edib: “Əsl İsveç havasıdır. Buna öyrəşmişik. Bakıya üçüncü səfərimdir. Hər dəfə Azərbaycan futbolunun klub və milli səviyyəsində inkişaf etdiyini görürük”.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Qurban Qurbanovun kollektivi hazırda 7 xalla H qrupunun ikinci pilləsində qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.

Tacxeber.com

Oxşar xəbərlər

Araz Musayevi vuran iki özbəkəsilli şəxslər Rusiyaya qaçarkən saxlanıldılar.

admin

Messinin münasibətdə olduğu deyilən idman jurnalisti kimdir? – ÖZÜ DANIŞDI

redaktor

“Təsəvvür edin, topun gediş sürəti o qədər artıb ki, biz hətta onunla da ayaqlaşa bilmirik” – Qurban Qurbanovla söhbət

admin