16 C
Bakı
27 Sentyabr 2025 02:18
Cəmiyyət

Ərə verildiyi deyilən azyaşlının ailəsi DANIŞDI – VİDEO

 

Sosial şəbəkələrdə Kürdəmir rayonunun Muradxan kəndində 14 yaşlı qızın ərə verilməsi ilə bağlı məlumatlar yayılıb.

Tacxeber.comxəbər verir ki, “Baku TV”nın əməkdaşları kənddə olublar.

Məsələ ilə bağlı yeniyetmənin nənəsi bildirib ki, nə nişan olub, nə də toy: “Dedim ki, bu işə razılığımız yoxdur. 18 yaşı tamam olsun, həddi-büluğa çatsın, ondan sonra gələrlər, apararlar”.

Daxili İşlər Nazirliyindən isə bildirilib ki, faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunur. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Qatar yolunda təhlükə: sakinlər evlərindən məcbur çıxarılır? – VİDEO

redaktor

Kalori çatışmazlığı nədir və sağlam arıqlamaq üçün ona necə nail olmaq olar

redaktor

İranın raket zərbələrini çəkənlər həbs ediləcək

redaktor