21 C
Bakı
23 İyun 2025 01:35
DünyaSiyasət

Putin 2024-cü ildə prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Rusiya Federasiyası Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

TASS xəbər verir ki, bu barədə dekabrın 8-də jurnalistlərə Vətən Qəhrəmanları Günü münasibətilə Kremldə keçirilən mərasimdən sonra dövlət başçısı ilə söhbətin iştirakçıları məlumat veriblər.

Məlumata görə, qondarma “Donetsk Xalq Respublikası parlamenti”nin spikeri Artyom Coqa Putinə müvafiq tələblə müraciət edib və Rusiya prezidenti bununla razılaşıb.

Putinin dövlət başçısı kimi səlahiyyətləri 2024-cü il mayın 7-də başa çatır. Rusiyada növbəti prezident seçkiləri isə martın 17-nə təyin edilib.

Putin beşinci dəfə prezidentliyə namizədliyini irəli sürəcək. O, qalib gəlsə, daha 6 il, 2030-cu ilə qədər dövlət başçısı postunu tutacaq. (ToplumTV)

Tacxeber.com

Oxşar xəbərlər

İsrail İran ərazisinə zərbə endirdi, ölkədə fövqəladə vəziyyət elan edildi

redaktor

Rus ekspertdən ermənilərə: “Bu, həyasızlığın zirvəsidir”

redaktor

Saakaşvilinin bu deputat xanımdan uşağı doğulub

redaktor