29 C
Bakı
11 Avqust 2025 14:37
DünyaQalmaqal

“Bayraqsız və himnsiz alçaldıcı vəziyyət bizim üçün yolverilməzdir” – İrina Viner

“Ruslar bu yay Parisdə keçiriləcək 2024-cü il Olimpiadasına getməməlidir”.

Bu sözləri Ümumrusiya Bədii Gimnastika Federasiyasının rəhbəri İrina Viner deyib.

 

“Bayraqsız və himnsiz bu cür alçaldıcı vəziyyət bizim üçün yolverilməzdir”, – deyə o bildirib.

İrina Viner əlavə edib ki, bir çox idman növlərində rusiyalı idmançılar artıq Olimpiadaya vəsiqə qazanmaq şansını itiriblər.

Dekabrın 8-də Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarının Parisdə keçiriləcək Olimpiadada iştirakına razılıq verib. Bununla belə, öz ölkələrinin bayrağı və himninin istifadəsinə qadağa qoyulduğu üçün onlar fərdi neytral idmançılar kimi yarışacaqlar. Həmçinin bildirilib ki, Ukraynada keçirilən xüsusi əməliyyatı dəstəkləyən, eləcə də Rusiya və Belarusun silahlı qüvvələri və ya təhlükəsizlik orqanları ilə əlaqəsi olan idmançılar yarışa buraxılmayacaq. Bundan əlavə, komanda idman növlərinin nümayəndələri də turnirdən kənarlaşdırılıb. (Konkret)

Tacxeber.com

Oxşar xəbərlər

Avropa Mərkəzi Bankının yeni avro əskinasları Fransa və Polşa arasında mübahisəyə səbəb olub

redaktor

Ukraynaya nüvə bombası atılacaq? – Makrondan sətiraltı mesaj

redaktor

“İsrail İranda baş verən partlayışlarda iştirakının olmadığını bildirib” – WSJ

admin