22 C
Bakı
16 Oktyabr 2026 20:02
İdmanİqtisadiyyat

“Qarabağ”ın futbolçusuna 3 milyonluq təklif.

“Qarabağ”ın Avropa Liqasında uğurlu çıxışı komandanın üzvlərinin diqqət mərkəzinə düşməsinə səbəb olub.

Tacxeber.com offsideplus.az-a istinadən xəbər verir ki, “köhlən atlar”ın heyətində özünü yaxşı tərəfdən göstərənlərdən biri də Julio Romaodur. Braziliyalı yarımmüdafiəçi Rusiya və Səudiyyə Ərəbistanı klubları yaxından maraqlanır. Qış fasiləsində oyunçu üçün “Qarabağ”a rəsmi təkliflər gələcək.

25 yaşlı yarımmüdafiəçi ilə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Səudiyyə Ərəbistanı Pro Liqasında çıxış edən klublardan biri Julio Romao üçün 3 milyon dolları gözdən çıxarıb. Adı açıqlanmayan kollektiv yaxın zamanda “Qarabağ”la braziliyalı ilə bağlı danışıqlara başlayacaq.

Qeyd edək ki, Romao “Qarabağ”ın heyətində bu mövsüm 25 matçda 1 məhsuldar ötürmə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanın AQEM sədrliyi: siyasi nüfuzdan iqtisadi dividendlərə

redaktor

Diqqət! Azərbaycan derbisi gəlir…

admin

Qardaşlıqdan danışırıqsa, faktları da unutmayaq

redaktor