2 C
Bakı
11 Fevral 2026 15:42
İqtisadiyyat

Nar bahadırsa, imkanı olmayan yeməsin – İqtisadçı

 

Nar bahadırsa, imkanı olmayan yeməsin.

Bunu Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

“Dədə-babadan bilirik ki, narın mövsümü sentyabr-oktyabr aylarıdır. Əgər dekabrda narın qiyməti bahalaşıbsa, biz onu yeməyə məcbur deyilik. Dekabrda nar yemək istəyirsənsə, gərək onun yüksək qiymətini də ödəyəsən. Əslində nar baha deyil. Əvvəllər yayda, payızda qış üçün saxlanıla bilən meyvə-tərəvəz tədarükü görülürdü. Nar da saxlanıla bilən meyvələr sırasındadır. Əgər indi bizim yerimizə bu tədarükü firma və mağazalar görürsə, biz də onların qoyduğu qiymətlə razılaşmalıyıq”, – iqtisadçı bildirib.

İqtisadçının sözlərinə görə, bazar və marketlərdə narın qiyməti bir qədər də artırılmalıdır:

“Sahibkarlar ucuz vaxtı onları alıb saxlayır və bahalaşanda satışa çıxarır. Bu, tam normal prosesdir. Bazarlarda 3 narın qiyməti 4 manatdır , bir nar təxminən 1 manat 33 qəpiyə düşür. Əslində bu, çox ucuzdur. Hətta sahibkarlar narın qiymətini bir qədər artırıb, həmin meyvənin dəyərini qaldırmalıdır”.

Tacxeber.com

Oxşar xəbərlər

Dünya ölkələrinin borcu açıqlandı – Ən çox borcu olan 3 ölkə

admin

“Şahdağ”da Yeni il təşkil edən qadın iş adamı kimdir?

redaktor

Deputat: “Lombardlar haqqında” qanunu qəbul etməyimizi istəmirlər, təzyiqlər var

redaktor