22.8 C
Bakı
10 İyun 2026 01:46
DünyaSiyasət

İrana bağlı vəzifəli şəxslər Kanadadan qovulurlar – Foto

İran hökumətinə bağlı yüksək vəzifəli şəxslər Kanadadan qovulur…

Bununla bağlı Kanadanın Sərhəd Təhlükəsizliyi Agentliyinin sözçüsü Mariya Laduser bildirib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Kanada hökuməti İranla əlaqəsi olan 10 vəzifəli şəxsin ölkədən qovulmasına qərar verildiyini açıqlayıb.

İran hakimiyyətinə yaxın daha 9 şəxsin işinin araşdırılması üçün sənədlərin Qaçqınlar Komissiyasına göndərildiyi də qeyd edilib.

Məlumata görə, Kanadadan çıxarılmasına qərar verilən şəxslər arasında bundan öncə İranda baş verən etiraz aksiyalarının yatırılmasında fəal iştirak etmiş Daxili İşlər Nazirliyinin yüksəkrütbəli əməkdaşlarının da adları var.

Qeyd edək ki, Kanadada yaşayan və İran hakimiyyəti ilə əlaqəli olan 141 nəfər barədə tədqiqat başladılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenski Donetskə getdi – VİDEO

redaktor

Ermənistan parlamentində şok çıxış: “Bu gündən Qarabağ ermənilərinin…”

admin

Rusiya hətta 25 “Oreşnik” istehsal etsəydi…

redaktor