4 C
Bakı
26 Dekabr 2025 11:19
CəmiyyətHadisə

“Güclü zəlzələ zamanı insanları təxliyə etmək çətin olacaq” – XƏBƏRDARLIQ

“Güclü zəlzələ zamanı insanları təxliyə etmək çətin olacaq” - XƏBƏRDARLIQ 

“Zəlzələnin qorxulu fəsadının olması gözlənilmir. Növbəti dəfə də silkələnmənin baş verəcəyi ehtimal edilir”.

Bunu Oxu.Az-a açıqlamasında ekoloq, seysmoloq Ənvər Əliyev deyib.

O bildirib ki, xırda təkanların olması regionda daha böyük təkanların olması ehtimalını azaldır:

“Təzyiq özünü 4-5 bal gücündə bildirir, tədricən yer öz enerjisini çıxarmış olur. Bu da daha güclü zəlzələlərin olma ehtimalını azaldır”.

Seysmoloq onu da qeyd edib ki, Bakı çox yüklənib və bu yüklənmə maqnitudası yüksək olan zəlzələlər zamanı tələfat və itkilərə səbəb ola bilər:

“Bakı bu gün çox yüklənib. Üç milyondan çox əhalini yığmışıq Bakıya, evləri də tikmişik yolların ortasında. Binalar o qədər yaxındır ki, güclü zəlzələ zamanı insanları təxliyə etmək çətin olacaq. Abşeronda qeydə alınan zəlzələ ola bilər ki təkrarlansın. Zəlzələni biz suya daş atmaqla müqayisə edirik. Daş suya düşdükdən sonra dalğalar bir müddət davam edir, zəlzələnin dalğaları da eyni qaydada yayılır. Yayıldıqca hiss olunması da azalacaq. Bunu seysmoloji mərkəzlər müşahidə edəcək”.

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ” Vadjinin transfer dəyərini rəsmən elan etdi.

admin

Yeni Klinikanın direktoru orqanlarını bağışladı

redaktor

“Gənclərin çoxu qaçıb, qalanlar da nənələrinin pensiyasına göz dikib” – Video

redaktor