26 C
Bakı
11 Avqust 2025 05:39
DünyaMuharibə

Cəbhədə şiddətli döyüşlər: Rus ordusu mövqelərini itirdi.

Ukrayna ordusu Stepovoydan cənubda Rusiyanın mövqelərinə hücumlarını davam etdirir. Koks zavodu və Avdiv sənaye zonası yaxınlığında şiddətli döyüşlər gedir.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna qoşunları Avdiv yaxınlığında əks-hücuma keçərək itirilmiş mövqelərini bərpa ediblər.

Ukrayna qüvvələri Stepovoyun cənubundakı meşə zolağında Rusiyanın mövqelərinə qarşı hücuma keçiblər.

Eyni zamanda, Rusiya ordusu Avdiv istiqamətində hücum əməliyyatlarını davam etdirərək irəliləyib.

Geolokasiya görüntüləri rusların Avdivin şimalındakı su anbarı ərazisində irəlilədiyini göstərir. Bundan əlavə, Rusiya qoşunlarının şəhərdən 5 km şimal-qərbdə Stepovoy daxilində irəlilədikləri bildirilir. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Qarabağla Ukraynanı müqayisə etmək olmaz – Almaniya

redaktor

Braziliya Trampın vergi qərarına sərt cavab verdi: Lula da Silva qisas alacağını vəd etdi

redaktor

Ermənilər bu dəfə Aygünün məşhur mahnısını oğurladı – VİDEO

redaktor