Cəmiyyət

İcbari tibbi sığortada YENİLİK

 

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi 2025-ci il 1 yanvar tarixinə qədər təxirə salınır.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin dekabrın 5-də keçiriləcək iclasının gündəliyinə daxil edilmiş “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

İcbari tibbi sığortada müştərək maliyyələşmə 2024-cü il yanvarın 1-dən tətbiq edilməli idi.
Qeyd edək ki, qanuna əsasən, sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.

Əhalinin tibbi xidmətlərə əlçatanlığı və icbari tibbi sığorta üzrə geniş işlərin görülməsi və sistemin formalaşdırılması məqsədilə layihədə qanunun qeyd olunan müvafiq maddəsinin tətbiqinin 2025-ci il 1 yanvar tarixinə kimi təxirə salınması nəzərdə tutulur.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya: İran lideri Xameneinin aradan götürülməsi “Pandora qutusunu açacaq”

redaktor

Ülvi Həsənli: “Gələcəkdə bu məktubu oxuyanda Azərbaycanın necə qaranlıq bir dövrdən keçdiyini anlayacaqsan”

admin

11 manat 93 qəpiyə idxal olunan kərə yağı niyə 25 manata satılır? – Natiq Cəfərli

admin