24 C
Bakı
16 Oktyabr 2026 13:26
DünyaPlanet

Marsda görülən sirli yaşıl işıq – Bütün nəzəriyyələr dəyişə bilər

Belçikanın Lej Universitetinin elm adamları Marsın atmosferində qeydə alınan yaşıl parıltını araşdırırlar.
Bu barədə “Nature Astronomy” elmi nəşri məlumat yayıb.
Tədqiqatçılar deyirlər ki, bu kəşf qırmızı planetin qaz mantiyası haqda anlayışı dəyişə bilər. Parıltı avroraya (Yerdəki Şimal işıqlarına – red.) bənzəyir. Amma Marsın atmosferi nazikdir, böyük maqnit sahəsi yoxdur. Tədqiqatın müəlliflərinin fikrincə, parıltı planetin qaz təbəqəsinin yuxarı təbəqələrində toqquşaraq fotonlar buraxan oksigen atomlarının rekombinasiyasının nəticəsidir.
Elm adamları gələcəkdə planetin atmosferinin yuxarı təbəqələrində oksigenin paylanması və sıxlığı, eləcə də onun Günəş enerjisi ilə qarşılıqlı əlaqəsinin xarakteri haqda yeni məlumatlar əldə etməyi planlaşdırırlar. Bu, Marsa gələcək insan missiyaları üçün planetin atmosferinin daha dəqiq modelini yaratmağa kömək edəcək. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Hindistan və Çin Mərkəzi Asiyada hərbi nüfuz uğrunda yarışır

redaktor

Türkiyənin Hakan Fidan ayıbı

redaktor

Türkiyə doqquz ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd etdi

redaktor