27 C
Bakı
28 Avqust 2026 12:34
Sağlamlıq

Əllərin əsməsi bu xəstəliklərdən ola bilər

 

Əgər əllərdə artıq əsmə başlayıbsa və bu daimi xarakter alıbsa, o zaman nevroloqla yanaşı, endokrinoloqa da müraciət etmək lazımdır.

Tacxeber.com Medicina.az-a istinadən xəbər verir ki, nevroloq Yelena Belenko əsmənin bilmədiyimiz səbəblərini açıqlayıb.

“İlk növbədə xəstədə birinci dərəcəli nevroloji patologiyalar – parkinson, dağınıq skleroz, beyin və onurğa xəstəlikləri yoxlanmalıdır. Ağır xəstəlik zamanı simptom təkcə əl əsməsi olmur. Gözə çarpan əsmə bədənin digər nahiyələrində də ola bilər, xəstədə təşviş, depressiya yarana bilər. Daha sonra digər pozulmalara baxılır: qaraciyər, qan və qalxanvari vəzi. Çünki əllərin əsməsinə bu 2 orqan da səbəb ola bilər.

Əllərin əsməsinin bir səbəbi də periferik sinir sisteminin zədələnməsidir. Endokrin patologiyalar və zəhərlənmə də nəzərə alınmalıdır. Ona görə də bir neçə həkimdə müayinə olmaq lazımdır”, – həkim qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Sağlam insanın qoxusu nəyə bənzəməlidir?

redaktor

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

redaktor

Qarpızın həddindən artıq qəbulu bəzi insanlar üçün sağlamlıq riski yarada bilər

redaktor