11 C
Bakı
30 Mart 2026 00:52
İdman

Azərbaycanlı döyüşçü dünya çempionu oldu

 

Azərbaycanlı idmançı Xəyal Caniyev muaytay üzrə superyarımorta çəkidə dünya çempionluğunu qazanıb.

Tacxeber.com xəbər verir ki, o, Rusiyanın Çelyabinsk şəhərindəki “Yunost” idman sarayında keçirilən turnirdə ən nüfuzlu WMC versiyası üzrə dünya çempionu adı uğrunda döyüşdə Asiya çempionu olmuş iranlı Moctaba Taravatiyə qalib gəlib.

Beş raundun hamısında əla çıxış edən “Halk” ləqəbli idmançımız ikinci raundda rəqibini noqdauna salıb. Nəticədə hakimlərin yekdil qərarı ilə qələbə Xəyal Caniyevə verilib.

Üç illik fasilədən sonra muaytay yarışında çıxış edən azərbaycanlı döyüşçü çempionluğu haqqında danışıb: “Muaytay karyeramdakı fasilə, hər halda, özünü hiss etdirdi. Qarşılaşmanı vaxtından əvvəl başa vurub tamaşaçıları gözəl qalibiyyət və nokautla sevindirmək istəyirdim. Amma belə qələbəyə də sevinirəm”.

Xatırladaq ki, Xəyal Caniyev bundan əvvəl MMA-da ardıcıl 3 qələbə qazanıb.

Tacxeber.com

Oxşar xəbərlər

Qurban Qurbanov: “Bu gün hər iki komanda qalib gələ bilərdi”

admin

“Xal qazanmaq istəyirik, Ukraynadan çəkinmirik” –Baş məşqçi Ayxan Abbasov

redaktor

Ronaldoya Səudiyyədən 120 milyon avroluq təklif gəlib

redaktor