30 C
Bakı
12 Avqust 2025 12:03
DünyaSiyasət

Qonşu ölkə sərhədi bağladı – Rusiya vilayətində ara qarışdı

Finlandiya Rusiya ilə sərhəddə yalnız bir keçid məntəqəsi (Raya Yosepi) saxlamaq qərarına gəldikdən sonra Murmansk vilayətində yüksək hazırlıq rejimi tətbiq edilib.

Bu barədə vilayət qubernatoru Andrey Çibis məlumat verib.

“Finlandiya tərəfinin məlumatına görə, “Raya Yosepi” istisna olmaqla, Rusiya ilə bütün sərhəd-keçid məntəqələri bağlanacaq. Həmin bir məntəqə Murmansk vilayəti ilə sərhəddə yerləşir. Nəticədə Murmansk vilayətində yüksək hazırlıq rejiminin tətbiqi və sakinlərimizin təhlükəsizliyinin təmin edilməsi üçün bir sıra əlavə tədbirlərin görülməsi barədə qərar qəbul edilib”, – qubernator deyib.

Çibis əlavə edib ki, Finlandiyanın bağlamaq qərarı verdiyi “Salla” keçid məntəqəsində əcnəbilərin sayı artır:

“Hazırda nəzarət-buraxılış məntəqəsində 400-ə yaxın insan var, onlardan yalnız 50 nəfəri bu gün Finlandiyaya buraxılıb”.

Bundan əvvəl rəsmi Helsinki dekabrın 23-dək “Raya Yosepi” istisna olmaqla, Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlamaq qərarına gəlib. Rəsmi Moskva bununla bağlı etirazını bildirib. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

“Paşinyana ciddi “qulaqburması” verməyin vaxtı artıq çoxdan yetişib”

redaktor

Putin əlini o düyməyə uzadacaq, ortalıq tezliklə lap qarışacaq…

admin

Budanov: Fahişələr bizə unikal məlumatlar verirdi

redaktor