11 C
Bakı
30 Mart 2026 00:52
Şou

Efirdə dava düşdü: Meyxanaçı Samirə ekspertə hücum etdi

Efirdə dava düşdü: Meyxanaçı Samirə ekspertə hücum etdi

“Space TV”də yayımlanan “Gəl danış” verilişində gərgin anlar yaşanıb.

Tacxeber.comaxşam.az-a istinadən bildirir ki, meyxanaçı Samirə Yusifqızı ilə jurnalist Ramilə Sultan arasında mübahisə düşüb.

Samirənin rəqs videosu ilə bağlı tərəflər arasında bir müddət əvvəl mübahisə düşmüşdü. Bu dəfə isə onlar sözügedən verilişdə mübahisə ediblər. Tərəflər bir-birinin ünvanına sərt sözlər deyib. Samirə yerindən duraraq jurnalistə hücum edib. Kənarda oturan ekspertlər onları ayrımağa çalışıb.

Bir-birini təhqir edən meyxanaçı ilə jurnalistin mikrofonu bağlanılıb.

Qeyd edək ki, son günlər sosial mövzulu verilişlərdə bu kimi hallar tez-tez yaşanır. Bundan əvvəl “Xəzər TV”də efirə gedən “Təsir dairəsi” verilişində ekspert iştirakçıya hücum etmişdi. Daha sonra “Bizimləsən” proqramında kömək istəmək üçün gələn iki qadın arasında dava düşmüşdü.

Tacxeber.com

Oxşar xəbərlər

Aybəniz Haşımovanın evi canlı efirdə İLK DƏFƏ göstərildi – VİDEO

redaktor

Hadisənin yeni filmini TikTok qadağan etdi – Foto

redaktor

Könül Xasıyeva Almaniyaya getdi ?

admin