16 C
Bakı
27 Sentyabr 2025 04:51
DünyaPlanet

100 ilin ən dəqiq proqnozu açıqlandı: Antarktikanın əriməsi…

Kanberradakı Avstraliya Milli Universitetinin alimləri qarşıdakı 100 il ərzində Antarktika buzlarının əriməsi ilə bağlı bu günə qədər olan ən dəqiq proqnozu tərtib ediblər.

Bu haqda məlumat “Science Advances” (SciAdv) elmi jurnalında dərc olunub.

Antarktika buz təbəqəsi 30 milyon kub kilometrdən çox su ehtiva edən Yerdəki ən böyük buz blokudur. Onun əriməsi gələcəkdə dəniz səviyyəsinə dağıdıcı təsir göstərə bilər. Tarixi dəniz səviyyələrini müəyyən etmək üçün tədqiqatçılar əvvəlcə Avstraliyanın geoloji qeydlərini araşdırıblar. Əvvəllər sahil xəttinin nə qədər yüksək olduğunu göstərən daşlaşmış mərcanları və digər dəniz səviyyəsini göstərən işarələri tapıblar.

Proqnozlara görə, Antarktidada buzun əriməsinin 2100-cü ilə qədər orta dəniz səviyyəsinin qalxmasına təsiri əvvəllər düşünüldüyü qədər ciddi olmayacaq. Əvvəlki hesablamalar növbəti əsrin əvvəlində 20 ilə 52 santimetr arasında dəyişirdi, yeni məlumatlar isə cəmi 5-9 santimetr, gözləniləndən təxminən 4-6 dəfə aşağı olduğunu göstərir.

Elmi işin müəlliflərinin fikrincə, proqnozun düzgünlüyü son 10 ildə elmdə əldə olunan əhəmiyyətli irəliləyişlərlə bağlıdır. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər

AVROPAAİ ölkələri qazla bağlı QƏRAR VERDİ: 180 avroya çatarsa…

admin

Rusiya XİN ABŞ-ı nüvə silahı ilə hədələyib

redaktor

İmran Xan tərəfdarlarını mitinqə çağırdı

redaktor