Cəmiyyət

“İnsanlar təhsil alır, sonra da diplomu ilə küçədə qalır” – Musa Quliyev

 

“Azərbaycanda hamının ali təhsil alması dəb olub. İnsanlar ali təhsil alır, sonra da diplomu ilə qalır küçədə, öz ixtisasına uyğun iş tapa bilmir. Amma texniki peşə məktəbi var, insanlar gedib orada sənət öyrənə bilərlər”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin üzvü Musa Quliyev insanların peşə təhsilinə yönlənməsinin vacibliyi ilə bağlı məsələdən danışarkən qeyd edib.

Deputatın sözlərinə görə peşə öyrənənlər öz sənətləri üzrə də işləyib yaşaya bilərlər:

“Başqa ölkələrdə ailə ənənələri var. Ailənin ulu babadan, nənədən gəlmə bir sənəti olur və o sənəti davam elətdirilər. Məsələn, bir ailənin 100-200 illik paxlava bişirmək ənənəsi var, bir ailə dulusçuluq, misgərliklə məşğuldur. Yəni ailə ənənlərini biz də yaratmalı və yaşatmalıyıq. İnsanlarımız gənc yaşlarından əməyə və peşəyə öyrənməlidir. İnsan peşə seçiminə gənc yaşlarında yiyələnməlidir, orta məktəbdən bilməlidir ki, harada özünə uyğun iş tapa biləcək”.

Tacxeber.com

Oxşar xəbərlər

200 milyard dollar neft pulu almış ölkədə niyə benzin defisiti yaşanır?

admin

Sakinlər gecə, açıq havada çal-çağır təşkil edən restoranlardan narazıdırlar – VİDEO

redaktor

Şəhidlər Xiyabanından video paylaşan əcnəbilərə cinayət işi açıldı – 3 nəfər TUTULUB

redaktor