24 C
Bakı
22 İyun 2025 15:06
CəmiyyətŞikayət

Anar kimi məsləhət bilibsə, ev ona verilib – AYB-nin katibi.

Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib.

Bunu Report-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli deyib.

Onun sözlərinə görə, Yazıçılar Birliyinə 250 nəfər ev üçün müraciət edib və Anar müəllim kimi məsləhət bilibsə, evlər həmin şəxslərə verilib:

“Bu şəxslərin sırasında əvvəldən ev növbəsi gözləyənlər də, yeni müraciət edənlər də var. Ev bölgüsü prosesində iştirak etməmişəm. Düşünürəm ki, ev bölgüsü kimin evinin olub-olmaması prinsipi ilə aparılıb”.

Qeyd edək ki, ötən həftə 21 nəfər yaradıcı adama ev verilib. Bu isə yazıçılar arasında narazılığa səbəb olub. Onlar iddia edirlər ki, ev bölgüsü obyektiv həyata keçirilməyib. Hətta 1-2 evi olan şəxslərə yenidən evlər verildiyi də səsləndirilən iddialar arasındadır.

Tacxeber.com

Oxşar xəbərlər

AXCP Rəyasət Heyətinin üzvü Asif Yusifli AXCP-dən istefa verdi.

admin

Reanimasiyaya yerləşdirilən meyxanaçının vəziyyəti necədir?

redaktor

“Manatlıq taksi”də qadın sərnişinə qarşı əxlaqsızlıq: DİN hərəkətə keçdi – VİDEO

redaktor