31 C
Bakı
13 Avqust 2025 16:55
Cəmiyyət

Yaralı əsgərə alnından burun düzəldən cərrah: “Qopmuş qolu ardınca sürünürdü” – VİDEO

 

Baku TV-də yayımlanan “Aydın tarix” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayının qonağı plastik, rekonstruktiv və estetik cərrah, uzman doktor Mahir Əliyevdir.

21 il ordu sıralarında xidmət edən həkim Vətən müharibəsi başlayan zaman özəl xəstəxanadakı fəaliyyətini dayandıraraq yaralı hərbçilərə xidmət göstərib.

O, müharibədə yaralanan və əməliyyatını həyata keçirdiyi qazilərdən danışıb:
“Rza adlı yaralımız var idi. Onun ilk əməliyyatı 14 saat çəkmişdi. Rza deyirdi ki, yaralandım, özümə gəldim, əlimi üzümə aparanda gözümün altından girib ağzımdan çıxdı. O dərəcə dramatik yaralanma idi. Belə əməliyyatlarda məqsəd mümkün olduğu qədər əvvəlki görünüşü bərpa etməkdir. Amma bir toxumanın yerinə başqasını gətiririksə, dəyişikliyin olması qaçılmazdır”.

Daha ətraflı süjetdə:

 

Oxşar xəbərlər

Azərbaycanda hərbçilərin pensiyaya çıxmaq yaşı artırılır

redaktor

“Savadsız ananın uşağı hansı tərbiyənin yiyəsi olacaq?!” – Psixoloqdan qalmaqallı sözlər

redaktor

Əli Mirəliyev İlhamə Quliyevadan qalan pulla ev alıb? – Qalmaqal

admin