DünyaHadisə

İranda ilişib qalan Azərbaycan gəmisi yola salındı

Ötən gün İranın Astara limanından çıxdıqdan sonra saya oturan Azərbaycan gəmisi bu gün sayadan çıxarılıb və az öncə Bakının Hövsan limanı istiqamətində yola düşüb.

Tacxeber Trend-ə istinadən xəbər verir ki, bunu İranın Astara limanı idarəsinin müdiri Rza Neməti deyib.

Onun sözlərinə görə, 2,5 min tonluq gəminin yükü neft-kimya maddələri olub.

Liman rəsmisi bildirib ki, ötən sutka ərzində gəminin sayadan çıxarılmasına iki gəmi cəlb edilib.

Gəminin saya oturmasının səbəbi hava şəraitinin qeyri-münasibliyi olub.

Tacxeber.com

Oxşar xəbərlər

İranla gizli diplomatiya: üç yol Tehrana gedir

redaktor

Azərbaycan Türkiyə–İsrail gərginliyində yenidən vasitəçi ola bilər

redaktor

Moskvanın Azərbaycana qarşı təxribat siyasəti

redaktor