Siyasət

Putin cinsi azlıqlardan danışdı: “Bu, onların hüququdur”

Putin cinsi azlıqlardan danışdı: “Bu, onların hüququdur” 

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda cinsi azlıqlardan danışıb.

Tacxeber.comRusiya KİV-nə istinadən xəbər verir ki, Putinin sözlərinə görə, LGBT nümayəndələri də cəmiyyətin bir hissəsidir və mədəni müsabiqələrdə qalib olmaq hüququna malikdirlər.

“Bəli, doğrudan da, biz Qərb ölkələrində keçirilən müxtəlif müsabiqələrdə görürük ki, nəyisə qazanmaq üçün cinsi azlıqlar, transgenderlər və digərləri haqqında ya danışmaq, yazmaq, ya da göstərmək lazımdır. Mən də demək istəyirəm ki, bu insanların qalib gəlmək, göstərmək, söyləmək hüququ var, çünki onlar da o cəmiyyətin bir parçasıdırlar. Ancaq müsabiqələrdə yalnız onlar və bu mövzular qalib gələndə bunun heç bir mənası yoxdur”, – Rusiya prezidenti bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

“Azərbaycan xaricdə yaşayan bəzi mühacirlərin həbsini tezləşdirmirsə, o demək deyil ki, proses belə də davam edəcək”.

admin

Rusiyada Çinə gedən strateji dəmir yolu partladıldı

admin

Erməni deputat Azərbaycan bayrağının yandırılmasına görə üzr istədi

redaktor