11 C
Bakı
30 Mart 2026 05:13
Cəmiyyət

“Azərbaycanda heç vaxt oxucu qıtlığı olmayıb, bu gün də yoxdur” – Ramiz Rövşən

“Azərbaycanda heç vaxt oxucu qıtlığı olmayıb, bu gün də yoxdur” - Ramiz Rövşən

Beynəlxalq kitab sərgiləri mənim dediyimi bir daha təsdiqləyir. Azərbaycanda heç vaxt oxucu qıtlığı olmayıb, bu gün də yoxdur.

Tacxeber.com xəbər verir ki, bunu IX Bakı Beynəlxalq Kitab Sərgisinin iştirakçısı, Xalq şairi Ramiz Rövşən AZƏRTAC-a açıqlamasında bildirib.

Bakı Ekspo Mərkəzində davam edən sərgi barədə fikirlərini bölüşən Ramiz Rövşən deyib: “Bu kitab bayramı çox yaxşı təşkil olunub. Sərgini ziyarət edənlər arasında demək olar ki, bütün yaş kateqoriyasına aid oxucular var. Bu, məni çox sevindirir. Düşünürəm ki, bizim hələ çox həvəskar və gözəl oxucularımız var. Çox arzulayıram ki, balaca oxucuların öz həmyaşıd gənc şairləri yetişsin”
Xatırladaq ki, 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Xalq şairi Ramiz Rövşənin “Dünyanın siz olan yeri” kitabının təqdimatı və imza günü keçirilib.

Tacxeber.com

Oxşar xəbərlər

2025-ci ilin aprelində Rusiya təxminən 176 kvadratmetr ərazini tuta bilib.

admin

Vasif Talıbov uzun müddət sonra göründü: Oğlu ilə… – Foto

redaktor

“Bunlar hamısı mifdir…” – DİM sədri “bunker müəllimi” iddialarına aydınlıq gətirib.

redaktor