GündəmSağlamlıq

Şəfa deposu narlı çay resepti

Qış fəslinin yaxınlaşması ilə  xəstəliklər artar.

sefa-deposu-narli-cay-resepti

Orqanizmi  qorumaq lazımdır. Belə soyuq havalarda bitki çayları immunitet sistemini gücləndirmək üçün mükəmməl bir variantdır.

Evlərimizdə sadə vasitələrlə hazırlanan şəfalı çaylar  bədəni isitməyə kömək edir.

Xüsusilə fəslin meyvələrindən istifadə edərək immun sistemimizi gücləndirə bilərik. Payızın və qışın bir nömrəli vitamin deposu nardan hazırlanan çayın şəfasını saymaqla bitməz. Ən azından nar qədər orqanizmə faydalıdır.

Tacxeber.com olaraq  qeyri-adi dad və şəfa axtaranlar üçün narlı çayın hazırlanma qaydasından yazacağıq.

Narlı Çay

3 su stəkanı isti dəmlənmiş çay

1 su stəkanı təmizlənmiş  nar

1 budaq təzə bibəriyə (rozmarin)

Bir neçə dilim limon

Dəmlikdəki çaya qeyd edilənləri əlavə edin və beş dəqiqə dəmləndirin. İsti bir dolçaya tökün. Servis edəndə stəkanlara limon və bibəriyə əlavə edə bilərsiniz.

Şəfa olsun!

Tacxeber.com

Oxşar xəbərlər

Göbələyin elə bir faydası üzə çıxdı ki… – ARAŞDIRMA

redaktor

Gürcüstan Azərbaycanlaşır.

redaktor

Durmadan kütləviləşən qan təzyiqinin səbəbi tapıldı: Bunu etməyin

redaktor