23.7 C
Bakı
29 İyun 2026 03:01
DünyaGündəm

Rusiyanın ən müasir gəmilərindən biri batırıldı

Ukrayna ordusu Rusiyanın Qara dəniz donanmasının “Kalibr” qanadlı raketlərinin daşıyıcısı olan ən müasir gəmilərindən birini batırıb.

Bu barədə Ukrayna Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşuk məlumat yayıb.

Onun sözlərinə görə, ukraynalı hərbçilər Kerçdəki “Zaliv” gəmiqayırma zavoduna zərbələr endirib. Zərbə nəticəsində gəmi batırılıb.

Qeyd edək ki, Krım rəhbəri Sergey Aksyonov noyabrın 4-də Ukrayna Silahlı Qüvvələrinin Kerç şəhərində gəmiqayırma zavodunu 15 qanadlı raketlə vurması barədə məlumat vermişdi. Aksyonov zərbələr nəticəsində zavodda yerləşən gəminin zədləndiyini bildirmişdi. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Danimarka rüsumları, Çanaqqala əməliyyatı, Rusiyanın Bosforu tutmaq istəyi, Süveyş böhranı

admin

Elman Paşayevin Rusiyada saxlanılma anı – VİDEO

redaktor

Paşinyan ABŞ-a 17 hərbi əsir üçün təşəkkür edib

redaktor