24 C
Bakı
22 İyun 2025 09:54
Siyasət

İranın erməni deputatından Zəngəzur dəhlizi AÇIQLAMASI

 

“İranda siyasi qərarların qəbuluna təsir edən ən nüfuzlu ekspertlər daim deyirlər ki, Tehran heç bir halda Zəngəzur dəhlizinin açılmasına imkan verməməlidir, çünki bu, İranın 100 illik gələcəyinə təhlükə yaradacaq. Onlar Ermənistan sərhədinin toxunulmazlığını İranın uzunmüddətli inkişafının açarı hesab edirlər”.

Musavat.com erməni agentliklərə istinadən xəbər verir ki, bu sözləri İran parlamentinin üzvü Robert Beqlaryan yerli mediaya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi ancaq Bakı və Ankara üçün strateji əhəmiyyət kəsb edir.

Deputat qeyd edib ki, Türkiyə və Azərbaycan müxtəlif bəyanatlarla İranın mövqeyini yumşaltmağa çalışır, lakin İran rəhbərliyi belə bir təhlükənin mövcud olduğunu bilir.

“İranın regionda sərhədlərin dəyişdirilməsinin yolverilməzliyinə vurğusu dəyişməyib, lakin vəziyyət çox sürətlə dəyişir, bağlı qapılar arxasında çox şey müzakirə olunur”, – deyə erməni əsilli deputat xislətinə uyğun qorxusunu gizlətməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Saakaşvilinin keçmiş silahdaşı və arvadı partiya yaradır

redaktor

“Makronla evlənmək üçün 10 il gözlədim”

redaktor

Erməni kanallarının Rusiyaya təhqiri əndazəni aşdı

redaktor