Dünya

Ayətullah Xamnəi: İsrailə neft və ərzaq satışı dayandırılmalıdır

Ayətullah Xamnəi: İsrailə neft və ərzaq satışı dayandırılmalıdır

İslam ölkələri Qəzza zolağındakı hərəkətlərinə görə İsrailə neft və ərzaq tədarükünü əngəlləməlidir.

Tacxeber.com IRNA-ya istinadla xəbər verir ki, bunu İranın Ali dini lideri Ayətullah Xamnəi deyib.

O, İslam dünyasını İsrailə qarşı “fəaliyyətlərini gücləndirməyə” və onunla iqtisadi əməkdaşlığı dayandırmağa çağırıb:

“Qəzzə zolağının bombardman edilməsi dərhal dayandırılmalı və İsrail rejiminə neft və ərzaq ixracının yolları müsəlman ölkələri tərəfindən bağlanmalı, İsrail rejimi ilə iqtisadi əməkdaşlıq edilməməlidir. Müsəlman dünyası sionist rejimə qarşı səfərbər olmalıdır”.

Tacxeber.com

Oxşar xəbərlər

Bakının memarlıq abidələri əldən gedir… “Bu məmurlar şəhəri bölüşdürüb satır” – Memar

redaktor

Tramp Baydenin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları bir il müddətinə uzadıb

redaktor

Kiyevin ağıllı taktikası: Əsl Kursk döyüşü indi başlayır

admin