24 C
Bakı
16 Oktyabr 2026 16:17
Cəmiyyət

Növbəti iki ildə pensiyalar nə qədər artacaq? – RƏQƏMLƏR

Növbəti iki ildə pensiyalar nə qədər artacaq? - RƏQƏMLƏR

“2022-ci ildə 839,4 manat olan orta aylıq nominal əmək haqqı 2023-cü ildə 930 manat olması proqnoz edilir. Bu isə o orta aylıq nominal əmək haqqının 10,7 faiz artması deməkdir. Buna görə də gələn ilin əvvəlində pensiyaların 11 faiz artırılacağını söyləmək olar”.

Tacxeber.com xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

O, bildirib ki, bu gün 400 manat pensiya alan 2024-cü ilin yanvarın 1-dən 444 manat, 2025-ci ilin yanvarın 1-dən isə 470 manat pensiya alacaq:

“2024-cü ildə isə orta aylıq nominal əmək haqqının 5,37 faiz artaraq 980 manata çatacağı proqnoz edildiyi üçün 2025-ci ilin yanvarında pensiyaların daha 6 faiz artırılacağını ehtimal etmək olar.

Sadə rəqəmlərlə ifadə etsək deyə bilərik ki, bu gün 400 manat pensiya alan 2024-cü ilin yanvarın 1-dən 444 manat, 2025-ci ilin yanvarın 1-dən isə 470 manat pensiya alacaqdır.

Əlbəttə, bu verilən orta aylıq nominal əmək haqqı proqnozlarına görə olan hesablamalardır. 2024-cü ilin əvvəlində gözlənilən 11 faizlik artımın baş vermə ehtimalı daha çox, 2025-ci ilin əvvəlinə isə bir neçə faizli nisbi xəta mümkündür”.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan Qanunvericiliyi uşaqların dini barədə nə deyir? Və nələr edilməsi yaxşı olar?

redaktor

Ermənistanda hicab azaddır? Cəhalətin təbliğata çevrildiyi nöqtə

redaktor

Davranış insanın ən güclü vizit kartıdır

redaktor