GündəmSiyasət

Paşinyandan Bakı və Ankaraya mesaj – “Bu il olmasa da, gələn il…”

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi gələn il imzalana bilər”.

Bunu politoloq Elxan Şahinoğlu deyib.

“Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanacağına, Türkiyə ilə sərhədlərin açılacağına və bölgə ölkələri arasında kommunikasiya xətlərinin işə düşəcəyinə inandığına dair fikirlər səsləndirib.

Azərbaycan və Türkiyənin də istəyi Paşinyanın dediklərini reallığa çevirməsidir. Əslində Nikol Paşinyana dediklərini reallığa çevirmək üçün heç nə mane olmur. Qarabağ yükündən qurtulan Paşinyana zəif müxalifət təhlükə deyil. Bütövlükdə mexanizm işə düşüb, bu il olmasa da, gələn il ərzində Ermənistan baş naziri sadaladığı məsələlərin həlli ehtimalı yüksəkdir”, – ekspert bildirib. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

İsrail mediası: “Azərbaycan İsrail və Türkiyə arasında gərginliyi azaltmaq üçün vasitəçilik edir”

admin

Bizdən nəyi gizlədirlər…?

redaktor

Tramp Müctəba Xameneinin yaralandığını elan etdi və müharibəyə tez bir zamanda son qoyacağına söz verdi

redaktor