22 C
Bakı
16 Oktyabr 2026 10:58
DünyaKriminal

Mahaçqala aeroportunda nə baş verib? – 20-dən çox yaralı var

Oktyabrın 29-da Mahaçqaladakı “Uytaş” Beynəlxalq Hava Limanında Tel-Əvivdən gələn təyyarənin enişindən sonra bir qrup şəxs Yaxın Şərqdəki vəziyyətə etiraz olaraq hava limanının ərazisinə daxil olub və uçuş zolağına çıxıb.

Tacxeber “DİN Media” portalına istinadla xəbər verir ki, nəticədə hava limanında yaranan iğtişaşların 150-dən çox fəal iştirakçısı müəyyən edilib, onlardan 60-ı saxlanılıb.
Portalın məlumatına görə, onlar əlavə araşdırma üçün polis şöbələrinə aparılıblar.
Qeyd olunub ki, hazırda hava limanına hüquq-mühafizə orqanları nəzarət edir.
Həmçinin iğtişaşlar zamanı doqquz polis əməkdaşının yaralandığı, onlardan ikisinin xəstəxanada olduğu bildirilir.
Qeyd edək ki, hadisədən dərhal sonra hava limanı bağlanıb və təyyarələr digər aeroportlara istiqamətləndirilib.
Dağıstanda iğtişaşlarla əlaqədar operativ qərargah yaradılıb və aeroporta qanunsuz daxil olmuş şəxslər oradan çıxarılıb.
Hava limanında baş verən insidentdən sonra cinayət işi açılıb.
Son məlumatlara görə, ümumilikdə 20-dən çox insan yaralanıb.
Mahaçqala hava limanının sabah – oktybarın 31-də fəaliyyətini bərpa edəcəyi bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə doqquz ildən sonra ilk dəfə Ermənistanın Müstəqillik Gününü yüksək səviyyədə qeyd etdi

redaktor

“Krasnov”un siyasi ömrü gödəldikcə Putinin ondan tələbləri artacaq

redaktor

Zelenskinin Trampla bağlı  sərt tənqidi fikirləri ilə bağlı Avropa liderlərinin təşvişi (şoka düşüblər.)

redaktor