Dünya

Netanyahu təhlükəsizlik xidmətlərini ittiham edən paylaşımını sildi

 

İsrailin Baş naziri Benyamin Netanyahu tənqidlərdən sonra “X” sosial sosial şəbəkə hesabında təhlükəsizlik xidmətlərinə qarşı ittihamların yer aldığı paylaşımı silib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazıb.

Qeyd olunur ki, Netanyahu HƏMAS hərəkatının yaraqlılarının hücumu barədə ona xəbərdarlıq etmədikləri üçün ölkənin təhlükəsizlik orqanlarını tənqid edib.

İsrail müxalifətinin lideri Yair Lapid qeyd edib ki, Netanyahu uğursuzluqlarda kəşfiyyat xidmətlərini günahlandıraraq “qırmızı xətti keçib”.

“Netanyahunun 7 oktyabrda baş vermiş dağıdıcı hücumda təhlükəsizlik və kəşfiyyat xidmətlərini günahlandıran şərhlərinə görə qəzəb artıb”, – nəşr yazıb.

Daha sonra Netanyahu bu postu hesabından silib.

Tacxeber.com

Oxşar xəbərlər

Çin yalnız öz maraqlarını güdən, soyuqqanlı, hiyləgər, çox güclü və təhlükəli geosiyasi oyunçudur.

admin

Zelenski İsraildə “oğurlanmış taxıl”dan danışdı və sanksiyalar elan etdi

redaktor

Kazana uçan təyyarə PUA hücumu təhlükəsi ilə ÜZLƏŞDİ – FOTO

redaktor