DünyaSiyasət

İsrail Türkiyədəki diplomatlarını geri çağırır.

İsrail Türkiyə siyasi rəhbərliyinin, xüsusən də ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatları fonunda ikitərəfli münasibətləri yenidən qiymətləndirmək üçün Türkiyədən diplomatlarını geri çağırır.

Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Koen deyib.

Nazir Türkiyənin bəyanatlarının kəskinləşməsi fonunda İsrail-Türkiyə münasibətlərini yenidən qiymətləndirmək üçün diplomatik nümayəndələrini Türkiyədən geri çağırmaq barədə göstəriş verdiyini açıqlayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mitinqdə çıxışı zamanı İsrailin Qəzza ilə bağlı addımlarını kəskin tənqid edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Xarici ölkə vətəndaşlarının Azərbaycana müalicəyə gəlməsinə çalışmalıyıq” – TƏBİB rəhbəri

redaktor

İrəvan KTMT-dən çıxdı: Ermənistan poliqon olur – Bakı üçün böyük fürsət

admin

Azərbaycan kriminal avtoriteti Hindistana verir

admin