DünyaHadisə

Qazaxıstanda şaxtadakı partlayışda 28 nəfər ölüb – YENİLƏNİB

Qazaxıstanın Karaqanda vilayətində baş vermiş mədən qəzası nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.

“Unikal” xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daha 18 şaxtaçının axtarışları davam etdirilir.

***11:22

Qazaxıstanın Karağandı vilayətində yerləşən Kostenko adına mədəndə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 21 nəfərə yüksəlib.

“Unikal” Kazinform agentliyinə istinadən xəbər verir ki, 23 şaxtaçını hələlik dağıntılar altından çıxarmaq mümkün olmayıb.

Hadisə zamanı şaxtada olan 252 nəfərdən 208-si xilas edilib, onlardan 18-i xəstəxanalara yerləşdirilib. Axtarış-xilasetmə işləri davam edir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həlak olan şaxtaçıların ailələrinə başsağlığı verib. Hakimiyyət orqanları hadisə ilə bağlı istintaqa başlayıblar.

***09:53

Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində ölənlərin sayı 20-yə çatıb.

“Unikal” xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 18 nəfər xəstəxanaya yerləşdirilib.

Bildirilib ki, qəza zamanı Kostenko şaxtasında 252 nəfər olub, 205 şaxtaçı səthə çıxarılıb.

Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib.

Tacxeber.com

Oxşar xəbərlər

Qəza anı nələr baş verib? – Sağ qalan sərnişin hər şeyi danışdı – VİDEO

admin

Heydərovlar ailəsi ilə əlaqələri olan maliyyə məsləhətçisinə 10 illik qadağa

admin

İran: Türkiyə niyə parçalanmaya qarşı çıxır? – Cənubi Azərbaycan, Kürd dövləti və Bütöv Azərbaycan dilemması…

redaktor