İdman

Ronaldo: “Qızıl top” şübhəsiz ki, Messiyə verilməlidir”

Ronaldo: “Qızıl top” şübhəsiz ki, Messiyə verilməlidir”

Braziliya millisinin sabiq hücumçusu Ronaldo ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top”u Lionel Messinin qazanmalı olduğunu deyib.

Tacxeber.com “Marca”ya istinadən xəbər verir ki, o, argentinalı hücumçunun bu mükafata layiq olduğunu söyləyib:

“Qızıl top” şübhəsiz ki, Lionel Messiyə verilməlidir. Başqa yol yoxdur. Onun 2022-ci il dünya çempionatında etdikləri xüsusi idi. Bu mənə Dieqo Maradona və Pelenin dünya çempionatındakı çıxışlarını xatırlatdı”.

Qeyd edək ki, “Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 30-da olacaq. Messi daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 ve 2021 illərdə “Qızıl top”un sahibi olub. Mükafatın son qalibi bu yay “Real”dan ayrılaraq “Əl-İttihad”a keçən Kərim Benzemadır.

Tacxeber.com

Oxşar xəbərlər

“Kim deyirsə ki, müdafiə futbolu oynayırıq, gəlsin, müzakirə edək” – Sadıqov

admin

Rəşad Sadıqov: “Dedim ki, sonra danışarıq, buranın söhbəti deyil”

admin

İdmançımızı vuran erməninin medalı əlindən alındı – VİDEO

redaktor