24 C
Bakı
11 Avqust 2025 22:17
Cəmiyyət

Vətən müharibəsi qazisi: “Dostum su verib məni xilas etdi, özü şəhid oldu” – VİDEO

 

Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayında Vətən müharibəsi qazisi Faiq Hüseynəliyev öz müharibə xatirələrini bölüşüb.

Müharibədən sonra tatu ustası kimi fəaliyyətə başlayan Faiq cəbhəyə könüllü yollandığını bildirib.

Döyüşdə ayağını itirən qazi həmin andan danışıb:
“Dostum su verib məni xilas etdi, özü şəhid oldu. Ayağımı itirəndə pis olmadım. Birinci topuğumdan yaralandım, elə də ağrımadım. Daha sonra durub, yoldaşlarımın yanına getməyə çalışdım. Qalxanda dizimdən vuruldum. Gözümü açanda ayağımın vəziyyətini gördüm. Parçalanmış ayağımı əlimə götürüb vidalaşdım”.

Ətraflı süjetdə:

 

Oxşar xəbərlər

Şəhidə atasından şikayət edərək video çəkdi

redaktor

Firdovsi Umudovun 600 minlik avtomobili müzakirələrə səbəb oldu: “Şəhid ailələrinə kömək etsin”

redaktor

Onun Hakan Fidan ilə yaxın əməkdaşlıq edib və əsas addımlarını məhz onunla məsləhətləşdiyi deyilir.

admin