
Hər il dünyada rəsmi milyonçuların sayı açıqlanır. Həmin siyahılarda əslən azərbaycnalı olanların da adına rast gəlmək olar. Lakin ölkəmizdə bu gün rəsmi milyonçu kimi qeydiyyatdan keçənlər yoxdur.
Azərbaycanda niyə rəsmi milyonçu yoxdur?
Valyuta.az məsələni iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib.
Natiq Cəfərli deyib ki, Azərbaycanda uzun müddətdir ki, rəsmi milyonçu yoxdur. Çünki bizdə gəlir deklarasiyası anlayışı mövcud deyil:
“Bir çox ölkələrdə illik gəlir deklarasiyası anlayışı var. Hətta başqa ölkələri deyil, bizə qonşu olan Rusiyada gəlir deklarasiyası mövcuddur. Hər bir şəxs illik gəlir və xərclərlə bağlı, vergilərin miqdarı ilə bağlı gəlir deklarasiyası verir. Bu zaman da bəlli olur ki, ölkədə varlı insanların sayı nə qədərdir, ən çox vergi ödəyicisi kimdir. Hətta Türkiyədə bunun üçün xüsusi mükafat var. Ən çox vergi ödəyən fiziki şəxslərə Türkiyə dövləti hədiyyə verir”.
Natiq Cəfərli deyib ki, gəlir deklarasiyası anlayışı olmadığından vətəndaşların öz gəlir və çıxarlarını elan etməyə məcburiyyətləri də yoxdur:

