İdman

“Ola bilsin ki, milli komandada işləməyə davam edim” – De Byazi

Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi yığmadakı gələcəyi ilə bağlı danışıb.

De Byazi tuttomercatoweb.com-a açılamasında deyib:

“Biz Avro-2024-ün seçmə mərhələsinin Belçikaya qarşı keçirəcəyimiz oyunu nəzərə alaraq işimizi davam etdiririk. AFFA ilə müqaviləm dekabr ayına qədərdi, sonrasına baxacağıq. Görək, nə olacaq. Düzünü desəm, İtaliyaya qayıtmaq haqda düşünmürəm. Prioritet xaricdə qalmaqdır. Ola bilsin ki, milli komandada işləməyə davam edim”

Qeyd edək ki, De Byazi 2020-ci ildən Azərbaycan millisinin baş məşqçisidir.

P.S. Görünür Canni De Byazi Azərbaycan millisi ilə məğlubiyyətlər seriyasına hələ də davam etmək fikrindədir.

Tacxeber.com

Oxşar xəbərlər

Batumidə keçirilən karate çempionatında növbəti erməni təxribatı – VİDEO

redaktor

Kamil Zeynallının bir oturuma yedikləri hər kəsi təəccübləndirdi – Video

redaktor

Bu gün Çempionlar Liqasında 2-ci turuna start verilir.

admin