İdman

Murad Musayev “Axmat”ın təklifindən imtina edib

Murad Musayev “Axmat”ın təklifindən imtina edib

Rusiya Premyer Liqası təmsilçisi “Axmat” “Sabah”ın baş məşqçisi Murad Musayevə təklif göndərib.

Tacxeber.com championat.com saytına istinadən xəbər verir ki, rusiyalı mütəxəssis sözügedən təklifi qəbul etməyib.

M.Musayev “RB Sport” nəşrinə açıqlamasında “Axmat”ın təklifi ilə bağlı sualı belə cavablandırıb: “Biz Konfrans Liqasında “Partizan”la oyun üçün Belqrada uçacağıq. Bütün fikirlərim yalnız “Sabah” və qarşıdakı oyunlar haqqındadır”.

Qeyd edək ki, Musayev 2021-ci ilin oktyabrında “Sabah”a keçib və  klubla2 illik müqavilə imzalayıb. 2022/2023 mövsümünündə rusiyalı mütəxəssisin rəhbərlik etdiyi komanda Azərbaycan çempionatının ikincisi olub.  (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

3 oğluna güvənsə də, klubu məğlub oldu

redaktor

Futbol kralının proqnozları.

admin

Emin Mahmudovun qolu ən yaxşı seçildi

redaktor