12 C
Bakı
28 Mart 2026 16:17
Kriminal

Azərbaycanlı iş adamına hücum anının görüntüləri – Başından vuruldu – VİDEO

 

Gürcüstanın paytaxtı Tbilisidə azərbaycanlı iş adamı Roman İsayevin güllələnməsini görüntüləri yayılıb. Day.Az xəbər verir ki, videoda bir nəfərin iş adamına yaxından atəş açdığı öz əksini tapıb.

Atəş açan şəxs ərazidən qaçıb.

Qeyd edək ki, hadisə ötən gün baş verib.

Başından güllə yarası almış biznesmen xəstəxanaya çatdırılıb, həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Roman İsayevin süni tənəffüs aparatına qoşulduğu bildirilir.

Məlumata görə, silahlı şəxs ticarət mərkəzində tekstil mağazasının sahibi olan Roman İsayevdən söhbət etmək üçün küçəyə çıxmasını istəyib, lakin sonuncu buna rədd cavabı verib.

Xatırladaq ki, Roman İsayev “Lilo Mall” ticarət mərkəzinin sahibidir.

 

 Tacxeber.com

Oxşar xəbərlər

“Saflığımdan istifadə etdilər, ailəm dağıldı” – Suriyada cihada gedən azərbaycanlı

redaktor

Ağadadaş Ağayev balta ilə adam VURDU: Vəziyyəti ağırdır

redaktor

Casusu gəmi kapitanı: “Bilirdim ki, İran məlumatları Ermənistana ötürmək üçün istəyir” – VİDEO

redaktor