28 C
Bakı
12 Avqust 2025 18:31
Cəmiyyət

“Yeni Klinika”da biabırçılıq – FOTO

 

Bakıda tanınmış tibb müəssisələrindən biri olan “Yeni Klinika”nın qarşısında Azərbaycan bayrağı tərsinə asılıb. Konkret.az xəbər verir ki, milli dəyərlərimizə hörmətsizlik göstərən klinika rəhbərliyi Azərbaycanın dövlət bayrağına da sayğısızlıq nümayiş etdirib. Hələ dövlət rəmzinin hansı qaydada asılması barədə məlumatı olmayan “Yeni Klinka” rəhbərliyi bayrağı asmazdan qabaq onun rənglərinin necə sıralanmasına fikir verməliydi.

Bayraq xalqımızın qürur yeri, namusudur. Azərbaycanın Dövlət rəmzlərindən olan bayraq həm də and yerimizdir. Dalğalandıqca qürur duyduğumuz üçrəngli bayrağımızın hər rəngi özündə bir məna kəsb edir. Mavi, qırmızı və yaşıl rəngdən ibarət olan Azərbaycanın Dövlət bayrağına hörmət isə hər bir Azərbaycan vətəndaşının borcudur. Lakin rastlaşdığımız bu mənzərə bayrağımıza olan hörmətsizliyi özündə ehtiva edir.

Yeri gəlmişkən, qeyd edək ki, son günlər klinikada neqativ proseslər baş verir. Növbəti yazılarımızda bu barədə geniş məlumat verəcəyik.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada azərbaycanlı diaspor sədrinin oğlu dostları ilə havaya atəş açıb – VİDEO

redaktor

“Azəriqaz”ın yeni rəhbəri məşhur şəhidin OĞLUDUR

redaktor

Təcrübəli futbol adamı inkişaf strategiyası hazırladı – AFFA isə əcnəbilərdən imdad umur

admin