İdman

Argentinada hakimi döyən futbolçu intihar edib

 

Argentinada oyun vaxtı hakimə hücum etdiyi üçün adam öldürməyə cəhddə ittiham olunan həvəskar futbolçu Uilyams Aleksandr Taponun meyiti tapılıb.

Tacxeber.com report-a istinadən xəbər verir ki, həyat yoldaşı onun intihar etdiyini bildirib.

Qatar stansiyasının yaxınlığında tapılan oyunçu başından güllə yarası aldığı üçün vəfat edib. O, 24 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Uilyams Aleksandr Tapon həvəskar turnirdə hakimi vəhşicəsinə döyüb. Futbolçu idman tədbirində qəsdən adam öldürmədə ittiham edildiyi üçün 10-15 il müddətinə həbs oluna bilərdi.

Tacxeber.com

Oxşar xəbərlər

İlkin Fikrətoğlu hazırladı: İki Arturun ölümü və ya əzmkarlığın təntənəsi – VİDEOSÜJET

admin

DÇ-2026: Bu gün daha 8 oyun var

admin

“Azərbaycanda futbol sürətlə inkişaf edir” – Andrey Demçenko

admin