26 C
Bakı
21 İyun 2025 19:29
Şou

“Dəstəmaz alanda oğlum xalçanı yerə sərib əllərini göyə qaldırır”

 

“Mən dəstəmaz alanda oğlum xalçanı yerə sərib əllərini göyə qaldırır. İməkləyir! Ramazanda ailə içində iftara hazırlaşırdım. Bir də gördüm səs gəldi. Uşaq dayanmadan “Allah” dedi. Ramazanın ən böyük hədiyyəsi budu. Bu, həqiqətən də möcüzədir. Ailə istəyirsə, övladı gələcəkdə sağlam olsun, onu Allahla tanış etməlidir”.

Tacxeber.com Olay-a istinadla xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov “Günün Sədası” proqramında qonaq olarkən deyib.

O, oğlu haqqında danışıb: “Çox xarakterli uşaqdır. Allah bütün övladları qorusun. Gecə- gündüzümüz yoxdur. Allah, möhlət ver ki, övladımı əməli-saleh böyüdüm, Allahı ona tanıdım. Oğlum dünyaya gələndən hər bir şeyi ona başa salacam. Namazı belə ona anladacam”.

Qeyd edək ki, Elnur 2021-ci ildə ata olub. O, övladına İnam adını qoyub.

Tacxeber.com

Oxşar xəbərlər

“Mənim dəfnimə heç kim gəlməsin” – Nadir Qafarzadə

redaktor

“Qurdlar vadisi”nin aktyoru Azərbaycana köçdü

admin

Mətanət Xalq artisti ilə meyxanaçını tanınmaz hala saldı – Fotolar

redaktor