24 C
Bakı
13 Avqust 2025 06:36
GündəmSiyasət

Ermənilərdən Kılıçdaroğluna böyük dəstək – İrəvanda ŞOK VİDEO/FOTO

 

Türkiyədə prezident seçkilərində Ərdoğan və Kılıçdaroğluna xarici ölkələrdən də dəstək verilir.

Tacxeber.com xəbər verir ki, türk dünyası və müsəlman coğrafiyasında böyük əksəriyyət Ərdoğanı dəstəkləyir.

Kamal Kılıçdaroğluna isə Qərb ölkələri ilə yanaşı, Ermənistandan da dəstək verilməsi xüsusilə diqqət çəkir. İrəvanda keçirilən küçə sorğusunda ermənilərin hamısı birmənalı olaraq, Kılıçdaroğlunu dəstəklədiklərini bildiriblər.

“Türkiyədəki prezident seçkilərinin II turunda kimi dəstəkləyirsiniz” sualına cavabında ermənilər “Kamalı dəstəkləyirik” cavabını verib.

“Kamal nəqliyyat layihəsinin Ermənistan və İran üzərindən keçməsini dəstəkləyir. Bu Emənistan üçün yaxşıdır. Ərdoğan hakimiyyətdə olduğu müddətdə Türkiyənin Ermənistanla münasibətləri pis olub, bəlkə gedərsə, vəziyyət dəyişər”, – ermənilərdən biri deyib.

Digər erməni Kılıçdaroğlunun qərbyönümlü olduğunu, Turançı olmadığını əsas gətirib. Başqa biri isə “Ərdoğan olmasın, kim olursa olsun” cavabını verib.

Qeyd edək ki, Ermənistan mediası və ekspert cameəsi də qəti şəkildə Kılıçdaroğluna dəstək verir.

Oxşar xəbərlər

Mövlud Çavuşoğlu: “Azərbaycanla birlikdə tarixi ipək yolunu bərpa etməyə çalışırıq”

redaktor

“De Byazi ilə bağlı ciddi tədbir görüləcək” – Vitse-prezident

redaktor

Avropa Liqası: Liqa mərhələsinin püşkü atıldı

admin