25.7 C
Bakı
13 İyun 2026 22:43
Cəmiyyət

İran vətəndaşlarımızı narkomaniyaya sürüklədi – Fazil Mustafa

“Bu gün ölkədə narkomaniyanın artım səbəbləri əsasən bunlardır: İrandan ötürülən narkotiklər, işsizlik, bu istiqamətdə nəzarətin yetərli səviyyədə olmaması…”.

Tacxeber.comxəbər verir ki, bu fikirləri Faktmedia.az-adeputat Fazil Mustafa açıqlayıb.

Deputat bildirib ki, orta məktəbdən tutmuş, cəmiyyətin bütün sahələrində narkomaniyaya qarşı ciddi mübarizə aparılmalıdır, səfərbərlik elan edilməlidir:

“Təəssüf ki, bu yoxdur. Ona görə də bu davam edəcək. Bunun qarşısını almaq mümkün deyil, minimuma endirmək olar. Amma, bunun üçün də infrastruktur qurulmalıdır, narkomanların müalicəsi infrastrukturu qurulmalıdır. Bu yoxdur, ona görə də çətin olacaq. Hər halda bu istiqamətdə cəmiyyət səfərbər olunmalıdır, çünki həbs etməklə olmur. Bunun qarşısını almaq üçün ciddi dövlət proqramı həyata keçirilməlidir”.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan kripto sıralamasında tutduğu yerə diqqət edək

admin

Azərbaycan bu ölkə ilə quru sərhədləri açır

admin

TƏBİB-dən ABSURD QADAĞA ANONSU… – Vətəndaşın tibb bacılarının ümidinə qalması kimin günahıdır?

redaktor