Siyasət

“Azərbaycan Prezidenti ilə razılaşmışam, növbəti addım…” – Paşinyan

“Azərbaycan Prezidenti ilə razılaşmışam, növbəti addım...” - Paşinyan

 

“Mayın 14-də Brüsseldə Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə mənimlə Azərbaycan prezidenti arasında görüş oldu. Mayın 14-də biz daha bir addım atdıq və görüşün yekunlarına dair bəyanatda deyildiyi kimi, qeyd etdik ki, Azərbaycan Ermənistanın 29.8 min kvadratkilometr ərazisində, Ermənistan isə Azərbaycanın 86.6 min kvadratkilometr ərazisində ərazi bütövlüyünü tanıyır”.

Tacxeber.comxəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında çıxışı zamanı deyib.

“Qeyd etməliyəm ki, mən bunu regionda sabitliyin və sülhün bərqərar olması, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətninin yekunlaşdırılması və həmçinin sərhədlərin delimitasiyası baxımından mühüm addım hesab edirəm. Amma təbii ki, növbəti addım demarkasiya üçün hüquqi qüvvənin və bunun konkret əsaslarını müəyyən etmək və razılaşdırmaqdan ibarət olmalıdır” – baş nazir əlavə edib./Teleqraf

Tacxeber.com

Oxşar xəbərlər

“Hadı Rəcəbli yaxın dostum idi, itkisi ağır oldu, yazıçı Anar kişi adamdır”-Hüseynbala Mirələmovdan ETİRAF+ÖZƏL

redaktor

Kim Çen In üçün dərman axtarılır

admin

Tramp qeyri-qanuni mühacirlərin qarşısını almaq üçün Meksika ilə sərhəd divarının qara rəngə boyanmasını əmr edib

redaktor