16 C
Bakı
27 Sentyabr 2025 05:36
GündəmŞou

Nadirdən 7 yaşlı Fəridin ölümünə qəribə reaksiya: “Mənə maraqlı deyil”

Nadirdən 7 yaşlı Fəridin ölümünə qəribə reaksiya: “Mənə maraqlı deyil”
 

Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbdə azyaşlının idman zalında məşqçi tərəfindən döyülərək öldürülməsi xəbəri bir neçə gündür ölkənin gündəmini silkələyib.

Azyaşlı, idman müəlliminin vəhşiliyinin, idmanla zorakılığı ayıra bilməməsinin qurbanı olub. İdmançı Mehman Xəlilov sambo məşqləri zamanı 7 yaşlı Fəridə qarşı amansız hərəkətlər edib, uşaq ayağa qalxa bilməyəcək vəziyyətdə olsa belə, müəllim qəddarcasına uşağa məşqə davam etməsi üçün təzyiq göstərib.

Yenisabah.az-a danışan müğənni Nadir Qafarzadəbu cür məsələlərin onun maraq dairəsində olmadığını bildirib:

“Bu cür hadisələr mənə maraqlı deyil, maraqlanmıram. Bu ölkədə gündə nə isə baş verir. Mən maraqlanmıram. Başınızı artıq şeylərlə yükləməyin, ömrünüz azalar, başınız xarab olar. Hər kəs öz problemini özü həll etsin. Biz başqalarının da dərdini çəksək, o dünyaya tez gedərik, başımız xarab olar. Mən hər kəsə sağlam beyin arzulayıram, bizə sağlam beyinlər lazımdır”.

Tacxeber.com

Oxşar xəbərlər

Erməni blogerdən İlham Əliyevə müraciət: “Xankəndiyə gəlməyimə icazə verin”

admin

İqtisadçıdan Tarif Şurasına SƏRT SÖZLƏR: “Təzyiq altında qərar qəbul edirlər və…”

redaktor

Zəifləmiş Rusiya, abxazlar və başqa Qafqaz xalqları üçün artıq əvvəlki qorxunc monstr deyil.

admin