Dünya

Zod qızıl mədəni fəaliyyətini dayandırıb – Nə baş verir?

 

Basarkeçərdəki Zod “Sotski” qızıl mədəni  fəaliyyətini dayandırıb. İşçilər məcburi ödənişli məzuniyyətə göndərilib.

Tacxeber.com xəbər verir ki, bu barədə Zod qızıl mədənini işlədən “GeoProMining” şirkəti məlumat verib.

“Biz işi bərpa etmək üçün səkkiz-doqquz dəfə cəhd etdik, lakin nəticəsiz oldu. Ondan sonra şirkət işçilərini mayın 15-dək məcburi ödənişli məzuniyyətə göndərmək qərarına gəlib”, – məlumatda deyilir.

Mədənin fəaliyyətini dayandırmasına səbəb onun Azərbaycanla Ermənistan arasında sərhədin həmin ərazidən keçməsidir. Bu səbəbdən də  “GeoProMining” şirkəti aprelin 23-dən  etibarən işini dayandırıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Tramp Azərbaycan xalqı kimi ailə dəyərlərinə dəyər verir”. Əliyevin müsahibəsindən əsas məqamlar

redaktor

Mafiya nüvə silahı istehsalında İrana kömək edir

admin

Bu PUA-lar Rusiyaya verilməyəcək – Bayraqdar

redaktor