25.3 C
Bakı
13 İyun 2026 13:08
Cəmiyyət

Dilarə Əliyeva “SOY” prodakşnın rəhbəri oldu

 

Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin vəfatından sonra “SOY” prodakşnın rəhbərinin kim olacağı müzakirə edilirdi.

OLAY-ın əldə etdiyi məlumata görə, şirkətin yeni rəhbəri Əməkdar artist Dilarə Əliyevadır.

O, bir neçə gündür vəzifəsini icra edir, prodakşnın nəzdində olan proqramlarla maraqlanır.

Qeyd edək ki, “SOY” prodakşn indiyədək onlarla fərqli layihə təqdim edib. Şirkətin təkcə “Yeni ulduz”, “Xalq ulduzu” kimi yarışmaları vasitəsilə Aysel Teymurzadə, Aysel Əlizadə, Safura Əlizadə, İlhamə Qasımova, Mehin Hümbətova, Eldəniz Məmmədov, Mirkamil Kamilov kimi sənətçilər tanınıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Dövlət və özəl tibb müəssisələrində “Ultravist” yoxa çıxıb”

admin

Rövşən Rüstəmov savadsız mətbuat katibini işdən qovdu – Natavan Bayramovaya verilən ev əlindən alınacaqmı?

admin

Osmanli ordusu və Nadir şah Afşar

admin