26 C
Bakı
21 İyun 2025 20:18
Dünya

68 yaşlı qadın nəvəsini dünyaya gətirdi

 

İspaniyada 68 yaşlı qadın öz nəvəsinin anası olub.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, keçmiş aparıcı Ana Qarsiya Obreqon vəfat etmiş oğlunun sperması ilə yenidən ana olub.

Məlumata görə, oğlu xərçəng müalicəsinə başlamazdan əvvəl sperm bankında qeydiyyata düşüb.

27 yaşlı oğlan 2020-ci ildə vəfat etdikdən sonra anası onun ən böyük istəyini reallaşdırıb.

Keçmiş aparıcı dölün Nyu Yorkdakı sperma bankında saxladığını bildirib.

“Oğlumun son arzusu dünyaya uşaq gətirmək idi. O, mənim qızım deyil, nəvəmdir. Oğlum dünyasını dəyişən gün bu prosesə başladıq”,-deyə o əlavə edib.

68 yaşlı ulduz yaşlı olduğu üçün bu davranışına görə tənqidlərə məruz qalıb.

Qızının ABŞ-də doğulduğunu deyən Obreqon bu üsulu qadağan edən İspaniya rəsmiləri tərəfindən də tənqid edilib.

Beləliklə o, həm “qanuni ana”, həm də “nənə” olub.

 

 

Oxşar xəbərlər

Ermənilər qanunsuz hərbi daşımalara davam edir – VİDEO

redaktor

Zelenski Donbasa getdi

redaktor

General Mirzə Mirzəyev Moskvada həbs edildi

redaktor